Səbr eyləmə vətənim

Bu gün vətənimin ən ağır günüdür. 
Vətənimə Başın Sağ Olsun deyirəm,amma səbr et deyə bilmirəm.
“Səbr eyləmə Azərbaycan”deyirəm.
Şəhidlərimiz tariximizdirsə, tarix yarım qalmamalıdır,şəhidlərimiz qan yaddaşımızdırsa,yaddaşımız daim çalışmalıdır.Şəhidlərimiz ağrımızdırsa,ağrılarımızı birləşdirib düşmənin başına çırpmalıyıq.

Səbr eyləmə vətənim,
Yaddaşını diri tut.
Qanlı tariximizi,
Dünyaya eylə sübut.

Çörəyini kəsənlər,
Vurdular kürəyinnən.
Bax düşmənin gözünə,
Sən endir ürəyinnən.

Səbr eyləmə vətənim,
Şəhidlərin nigaran.
Səbr eylədikcə hər an,
Qanayacaqdır yaran.

Bu gün göz yaşı deyil,
Kin yağdır düşmən üstə.
Daş olmuş şəhidlərin,
Ağladı,son nəfəsdə.

Dik dayan tarixinlə,
Uca olsun başımız.
Qoyma əsrlər boyu
Silinsin yaddaşımız.

Metanet Duyğulu.
Allah bütün şəhidlərimizə rəhmət eləsin,
nigaran ruhlar rahatlıq tapsın inçəallah.

www.kafiye.net