Üreyimi

Ürəyimi paramparça eylədi, 
Sızı olub, yaram kimi Göynədi.
Sonunda da səbirli ol söylədi, 
Bu dünyanın, de nəyini sevim mən?

Göz düz baxdı, əyrilərə calandı, 
Dil haqq dedi, söylədilər yalandı. 
Ürək sevdi, atəşlərə qalandı, 
Bu dünyanln de nəyini sevim mən?

Dünya malı, gözdə uca dağ olub, 
Zibilliklər çönub güllü bağ olub. 
Şeytanlar da mələklərə tağ olub, 
Bu dünyanın de nəyini sevim mən?

Dünya yaman dəyişibdir donunu, 
Şah mat deyi, mat şah edib oyunu, 
Allah təki xeyir etsin sonunu, 
Bu dünyanın, de nəyini sevim mən?

Harayladım, harayıma gəldimi? 
Ağlayanda, göz yaşımı sildimi? 
Bircə kərə heç üzümə güldümü? 
Bu dünyanın de nəyini sevim mən?

Mətanətəm, duyğularım yaralı, 
Dünya hər gün gözlərimdə qaralı.
Mənim dünyam bu dünyadan aralı, 
Bu duünyanın de nəyini sevim mən?

Metanet Duyğulu 6. 06. 2015.
www.kafiye.net