Durma Üreyim

Durma ürəyimin astanasında,
Orda bir ürək var qəm libasında.
Solub ümidləri eşqin yasında…
Bel bağlama qar altında gülə sən,
Ürəyimin sahibi var,biləsən.

Bir ara ver gözlərinin yaşına,
Pərvanə tək gəl dolanma başıma,
Hər addımda çıxıb mənim qarşıma,
Bu dünyanı məndən umma belə sən,
Ürəyimin sahibi var,biləsən.

Alovumda pərvanə tək yanarsan,
Qış köksümdə ,şaxta vurar,donarsan,
Kövrələrsən,üzülərsən,sınarsan,
Düşməyəsən Məcnin kimi çölə sən,
Ürəyimin sahibi var,biləsən.

Tənha Bulud dözər qəm yağışına,
Tab gətirər taleyin qarğışına.
Küllərindən döğan Simurq quşuna
Dönməyimi görməmisən hələ sən,
Ürəyimin sahibi var,biləsən.

Tamara Rüstemova Tənha Bulud
www.kafiye.net