İNCİDƏR

Xəlq etsə də yaranışı, bu dünya!
Varlığını dərdə salıb, incidər.
Hər bəlaya bitirsə də, o dərman
Sağlamlığı, əldən alıb incidər.

Kəsər yolu istər insan getməyə,
Adət edib canları incitməyə.
Hey çalışar sevinci yox etməyə
Səadətə, qənim olub incidər.

Gəzməyirik gülşən – ömür bağında
Qəm daddırır bizə gənclik çağında.
Qar yağmamış başı məğrur dağın, da
Birçəyini vaxtsız yolub incidər.

Dəyişməzdi hökmü onun hər kəsə
Dözməliyik qərar verib nə desə.
Ey Mübariz! Girmə onunla bəhsə
Ürəyinə qəm tək dolub incidər.

Mübariz Hüseyn
www.kafiye.net