KİBRİT

Bu şeri uşaqlar üçün oxuyun
və onlara başa salın.
(Analara və İbtidai sinif müəllimlərinə)

Ay bala, çox oynama sən
Evdə heç vaxt kibrit ilə.
Bil ki, necə qorxuludu
Yandırmamış olsan belə.

Harda görsən de, anana
Əlinə götürmə, ancaq.
Heç vaxt yaxın durma ona
Düşün, deyil o oyuncaq.

Oynamağa kim, çalışar
Ona çatdır sözünü də.
Söylə, əlində alışar
Yandırarsan özünü də.

Başa düşərək anlayıb
Ona adət eyləməsən,
Hey başını sığallayıb
Deyəcəklər sənə, Əhsən!

Mübariz Hüseyn
www.kafiye.net