İNAMA ARXALANDIM

İçimdən keçənləri,
Ağıyla deyən oldum.
Zəmanənin atına,
Çeynənən yüyən oldum.

Anadan olan gündən,
Yay istədi yandıra.
Bələyimdən çıxmamış,
Qış can atdı dondura.

Çəkdiyim əzabların,
Dadmadım bəhərindən.
Acı olsa da tale,
Bezmədim qəhərindən.

Çətinliyə düşsə də,
Dəyişmədi söz, andım.
Nə yaxşı ki, həyatda,
İnama arxalandım.

Mübariz Hüseyn
www.kafiye.net