Elə Gedəcəm ki…

Elə çıxacam ki mən həyatından,
Elə gedəcəm ki,səssiz-səmirsiz,
Sonradan duyarsan addım səsimi,
Səni ömrün boyu yandırar bu hiss.

Sən də ipə-sapa düzüləcəksən,
Kiminsə əlində çözüləcəksən,
Üzdüyün qədər də üzüləcəksən,
Heç nə bu dünyada qalmaz əvəzsiz.

Aldanıb suların dinginliyinə,
Baş vurma dəryanın dərinliyinə.
Firtına qopsa da bir günlüyünə,
Vurduğu izləri unutmaz dəniz..

Gün gələr könlünə yar axtararsan,
Yayın ortasında qar axtararsan,
Külümün altında qor axtararsan,
Zəhmətin zay olar,eşqin dəyərsiz.

Elə çıxacam ki mən həyatından,
Elə gedəcəm ki,səssiz-səmirsiz,
Sonradan duyarsan addım səsimi,
Səni ömrün boyu yandırar bu hiss

Tamara Rustamova Tənha Bulud /11/02/2018
www.kafiye.net