SINAQ4



Arzu bir söz deməyib otaqdan çıxdı. Dəhliz boyu addımladıqca qocanın sözlərini fikrində götür – qoy edir , özlüyündə “ Görəsən qoca hansı günahın sahibidir ki , bu qədər vicdan əzabı çəkir ? , – deyə düşünürdü . Kİm bilir…
Tibb bacısı qocaya dərman verib :
-Sakitləşin , – dedi . Sizə qətiyyən əsəbiləşmək olmaz. Özünüzü ələ alın .
Qoca razılıq edib əlləri əsə – əsə dərmanı aldı , dilinin altına qoyub gözlərini yumdu . Bütün vücudu yarpaq kimi əsirdi . Yuxulamağa çalışsa da , keçirdiyi sarsıntı buna imkan vermirdi . Sanki damarlarındakı qan donub dayanmışdı , əlləri də , bədəni də buz kimi idi .
Günortadan sonra Zakir yenidən reanimasiya otağına keçdi . Qoca artıq sakitləşmişdi . Gözünü tavanda bir nöqtəyə dikib düşüncələrə dalmışdı. Otağın zəif işığında çöhrəsi bir az da solğun görünürdü . Zakir onun çarpayısına yaxınlaşıb mehribanlıqla gülümsədi :
-Bir şikayətiniz yoxdur ki ?
Qoca onun səsinə fikirdən ayrıldı :
-Yox , həkim . Mənə görə narahat olmayın . Özümü yaxşı hiss edirəm., – başını yastıqdan qaldırdı , – bəlkə də sözlərim xoşunuza gəlməyəcək , amma deyəcəm . Sizi görəndə bütün ağrı – acılarımı unuduram . Mənə o qədər doğma , əziz gəlirsiz ki , elə bilirəm ən yaxın adamımsınız . 
Zakir onun qalın ağ saçlarına sığal çəkdi :
-Bu sözlər insana xoş gəlməyə bilərmi ? Mən də sizə öz doğmam kimi yanaşıram. Hə , yaxşı yadıma düşdü , növbətçi həkimin vacib işi olduğundan bu gün burda onu mən əvəz edəcəm . Odur ki , söhbətləşməyə kifayət qədər vaxtımız olacaq . Mənim də tələsən yerim yoxdur …
Qoca zəndlə ona baxdı :
-Elə niyə , həkim ? Bəs ailəniz ? 
Zakir bir qədər fasilədən sonra :
-Ailəm yoxdur , – dedi , – qocanın gözlərinə baxdı , – hələ ki , yoxdur …
Qoca verdiyi qəfil suala görə ürəyində özünü qınadı . Deyəsən , həkimin yaralı yerinə toxunmuşdu …
-Bağışlayın , həkim …düşünülmədən oldu .
-Eyb etməz , hərənin alnına bir tale , bir qismət yazılıb , onu da yaşayır …
-Elədir …,- qoca təsdiqlədi , – və…baxır necə yaşayır …
Zakir saatına baxıb :
-Yaxşı , – dedi , siz dincəlməyə davam edin , mənim isə bəzi işlərim var . Axşam gəlib növbəni təhvil alacam .
Qocanın gözləri güldü :
-Yaxşı , həkim . Allah işinizi avand eləsin . 
Zakir çıxıb getsə də , qocanın qəlbində iz qoyub getmişdi . İndi onun ürəyində qəribə bir rahatlıq , sakitlik vardı . Hiss edirdi ki , Zakirdə də ona qarşı hansısa bir bağlılıq var …Bəs , hansı bağlılıq ? Evsiz – eşiksiz , tək – tənha , kimsəsiz qoca ilə bu gənc həkimi bağlayan nə idi ? Mərhəmət hissimi ? İnsaniyyətlikmi ? Yoxsa…lənətə gəlmiş tənhalıqmı ?…Gənc , yaraşıqlı, nüfuzlu bir həkim niyə tənha idi ki ?…
Axşam saat 8 – də Zakir növbəni təhvil aldı . Reanimasiyada qocadan savayı xəstə yox idi . Zakir onun təzyiqini ölçüb , sonuncu iynəsini vurdu . 
-Hə , – dedi . Vəziyyətiniz normallaşır . Sabahdan palatada müalicə alacaqsız . 
Qoca ürəkləndi : 
-Sağ olun , həkim . Orda nə qədər yatmalı olacam ? 
-O , müalicənin nəticəsindən asılı olacaq , – qocanın gözlərinə baxdı , – darıxmayın , qalmağa yeriniz olacaq.
Qoca dərindən ah çəkdi , amma heç nə demədi . Zakir stulu çəkib , ona yaxın əyləşdi :
-Hər şeyi özünüzə dərd etməyin , – dedi , – həyat mənə də az acılar yaşatmayıb …mən heç kimlə şəxsi həyatım barədə söhbət etməmişəm , amma nədənsə sizə ürək qızdırıram . Bilirəm , ürəyinizdə mənə veriləsi çoxlu sayda suallarınız var . Bu gecə həmsöhbətik .Bəlkə də …səmimi söhbətə hər ikimizin ehtiyacımız var…

Ardı var.

Govher Rustamova
www.kafiye.net