Bildim Sevinmedin

Bildim sevinmədin məni görüncə
Bunu baxışların açıq söylədi.
Necə peşman oldun sən də gəlincə.
Hər kəlmən hər sözün bəyan elədi

Dedin unutmusan bilirəm məni.
Xoşbəxtlik başını yaman qatıbdır.
Bir zaman tutduğun o arzuların.
Deyən mətləbinə indi çatıbdır.

Qəlbində nə vardı dedin danışdın.
Amman vermədin ki nəsə söyləyim.
Bir oda dönmüşdün yanıb alışdın.
Qoymadın dillənib nəisə deyim.

Sənə nə söyləsəm nə desəm boşdur.
Bəyaz saçlarımdan nəsə bilmədin.
Düşündün bu həyat mənim çün xoşdur.
Niyə danışmağa aman vermədin.

Niyə qoymadın ki məndə danışım.
Səndə həyatımdan xəbər biləsən.
Biləsən nə çəkib həyatda başım
Bəlkə özündə bir günah görəsən.

Nahidə 25.11.2017
Nahide Tagiyeva Qurbanova
www.kafiye.net