Sən deyə-deyə!

Səni sevdim dünyam düşdü gözümdən,
Gəl söz acma mənə daha dözümdən,
Sanki heçəm bezdim daha özümdən,
Yaxında olsan da uzaqsan niyə?
*
İstəyirəm əllərimi əlində,
İstəyirəm nəğmə olum dilində,
Aç qəlbini sirr sözünü bilim də,
Həsrət qoyma məni bu saf sevgiyə!
*
Sevgi nədir,ürəklərin istəyi,
Ötür ömür gözləyirik bəs nəyi,
Hey dadiram səndən tənə-gileyi,
Arzular puç olur,sovrulur göyə!
*
Dikdim yola gözlərimi gəlmədin,
Közə döndum həsrətimi bölmədin,
Sevinc verib,xoş halıma gülmədin,
Sizlatdin, aglatdın döndərdin neyə!
*
Solmazın gözləri yaş tökür bu an,
Halını bilərsə qan ağlar cahan,
Bu sevgi eyləyib gözümü giryan,
Bil ki,can verirəm,sən deyə-deyə!

26-11-2017
Solmaz Sirvanlı
www.kafiye.net