Mən dəyişmədim

Mən elə mənəm.
Elə həmin adamam.
Heç dəyişməmişəm
Saçlari buruq ,
Azuları qırıq
Fikirləri hələ qatma-qarışıq.
Yenə ağlayanda ,
Bir körpə uşaq kimi 
Hünərlə ağlayan sonra heç nə demədən
Elə özü dayanan.
Yaşlı gözlərlə ətrafa boylanan.
Sonra qəhqəhə çəkən.
Gülüşüylə ətrafına sədd çəkən.
Kiminsə qəlbinə şübhə toxumu əkən.
Ağlını itirib deyə 
Kimisə narahat edən .
Mən elə həmin mənəm.
Heç dəyişməmişəm.
Kədərlənən həm gülən.
Tələsik yemək yeyən.
Incidiyini deyən.
Qırdığı kimlərdənsə özü üzr istəyən .
Mən elə həmin adamam
Hələ dəyişməmişəm.
Gecələr göydə ulduzu sayan.
Onlardan özünə yenə pay uman
Nənənin danışdığı nağıllara inanan.
Hələ də leyləyin körpə gətirdiyini.
Göydən mələklər endiyini.
Simurq quşunun kiməsə lələyini verdiyini
Divin xəlbirlə su gətirdiyini.
Məlikməmmədin quyuya endiyini.
Əjdahanın gözəli sevdiyini.
Eh nə bilim daha nəyi 
Eşidib bilən adamam.
Onlara inanan adamam.
Mən dəyişmədim
Sənin tanıdığın sevdiyin adamam.

Nahide Tagiyeva Qurbanova
05.11.2017
www.kafiye.net