Gördünüm ?!

Sən heç gördünmü?!
Gecələri ac yatan insanları.!
Sobanın üstündə boş qalan qazanları.
Övladını ac deyə 
Ağlamamsı üçün ovudan anaları.

Sən heç gördünmü?!
Doqqquz ay bətnində saxladığı övladını atan.
Eyş-işrət üçün özünü satan.
Anayam deyib hay salan,
Analıq haqqını tapdalayan, 
Üz qarası qadınları gördünmü?
Cibi boş oduğu çün ailəsindən utanan
Dost tanışı saymayan
Əl çirki dediyimiz pul qədər hörməti olmayan
Pulsuz olduğu çün üz qarası adlanan ataları.

Sən heç gördünmü?
Gecələr küçədə boş skamyalarda yatan.
Qabırğasını əzməsin deyə 
O taxta skamyalara döşək əvəzi karton atan 
Bir tikə çörək deyib diz çöküb əl uzadan .

Gördünmü adamları?.
Gördünümü zibil yeşiyini axtaran 
Nəsə tapdı deyə gözünə işıq qaçan.
Sevincindən əl ayağı dolaşan adamları
Gördünmü üz qarası olanları?
Atadan -anadan utanan övladları?
Onları kmsəsiz deyib 
Kimsəsizlər evinə atanları.

Gördünmü nankorları?!
Necə nankor olurlar.
Ata analarını qoca olduğu üçün sevmirlər.
Amma əsl doğrunu heç bir zaman demirlər.
Demirlər həqiqəti ,ərim səni istəmir.
Qocalmısan evimə.evimə gəlmə deyir.
Üzü gəlmir söyləsin seçim qarşısındayam 
Çıxılmaz bir haldayam keçim qarşısındayam .
Ya sizi ya da onu mən seçə bilməliyəm.
Siz qocasız o cavan mən sizdən keçməliyəm 
Oğul demir anaya üzü gəlmir söyləsin.
Arvadım sizə baxmaq istəmir necə desin..
Necə desin qaş -qabaq eləyir hər gün mənə.
Sizə görə üz vermir xoş söz söyləmir mənə.
Necə desin dərdini açıb ata -anaya.
Onlarda qulaq asıb haqq versinlər balaya.
Gördünmü bu dünyada sən haqqı ədaləti?
Haqq deyib haqqı əzəni.
Doğrunu bildiyi üçün öləni.
Kasıb olduğun üçün haqqın salamın kəsəni.

Nahidə Tağıyeva Qurbanova
06.11 2017
www.kafiye.net