Qonaq düşərsən

Hərdən ümidlərəinə qonaq düşərsən.
Elə, o ümidllərin əhatəsində özün üşüyərsən.
Donar bədənin, buz tutar əllərin.
Səni isitməyə yetməz nəfəsin.
Ətrafına nəzər salarsan ,
Və heyrətlə baxarsan.
hamısı yarım qalan arzulardır.
Diz çöküb ,Tanrının önündə etdiyin dualardır.
Nifrət edərsən həyata
Keçmişə ,gələcəyə.
Elə qonaq olduğun hər şeyə.
Baxırsan ki, doğulmamış 
Beşiyində boğulubdur arzuların.
Ağ kəfənə bükülübdür.
Tanrının qəbul, etmədiyi duaların.
Diz çökərsən ,
Bəlkə o an, yaranan qəzəbdən.
dizinə başına döyərsən.
Astadan ölmüş ümidlərinə,
Bir mərsiyə deyərsən.

08.11.2017.
Nahidə Tağıyeva Qurbanova
www.kafiye.net