Sənin Üçün

Mən sənin üçün sevdim
Bax sənin üçün 
Bayağı musiqiləri
Sümüyümə düşməyən rəqsləri.
Yayda günəşin istisini
Ultra bənövşəyi şəfəqlərinin insanı bişirməsini.
Payız fəsli çiskində 
Yazada Şehli çəməndə ayaqyalın gəzməyi
Sənin üçün sevdim
Mənə yad olan mətbəxi
Atamın babamın bəyənmədiyi əcnəbini. 
Sənin bildiyin üçün
Mən də öyrəndim bir neçə dili.
Sənin sevdiyin üçün .
Məndə sevdim
Bir zaman sevmədiyim 
Sevə bilmədiyim çox şeyi

Nahide Tagiyeva Qurbanova
05.11.2017
www.kafiye.net