Əsgər gedirəm

Nə vaxtdır gözlədiyim bu gün gəlibdir ana, 
Bu gün növbəm çatıbdır, zaman yetibdir ana.
Borcumu vermək üçün mən sizi tərk edirəm,
Kişilik məktəbinə mən də səfər edirəm. 
Gözün aydın ay Ana, mən də əsgər gedirəm.

Döstlarım, tay-tuşlarım xeyli vaxtdır gediblər, 
Kişilik məktəbində imtahan da veriblər.
Bu gün növbə mənimdir, mənə də gəl deyiblər,
Mənim də vaxtım çatıb, mən də səfər edirəm.
Gözün aydın ay Ana, mən də əsgər gedirəm.

Vətən səsləyir məni, qoru deyir torpağı, 
Sənin qədər əzizdir Vətənin hər bucağı.
Gərək biz də qoymayaq sönməyə bir ocağı,
Ağlama, sil gözünü, mən də səfər edirəm.
Gözün aydın ay Ana, mən də əsgər gedirəm.

Qoruyaram torpağı mən də əziz canımla,
Lazım olsa sularam damardakı qanımla. 
Dönəcəyəm yanına ağ üz, açıq alınla, 
Vaxtım çatıb ay Ana, mən də səfər edirə
Gözün aydın ay Ana, mən də əsgər gedirəm.

Əmanətdir torpağım, dədə-babamdan mənə,
Diz çökərək önündə baş əyim dönə-dönə.
Haqqını hallal elə, xidmət edim Vətənə, 
Vaxtım çatıb ay Ana, mən də səfər edirəm. 
Gözün aydın ay Ana, bu gün əsgər gedirəm.

Əl-ələ verib gərək düşmənə qan udduraq,
Onları qovaq gərək, yerlərində oturdaq.
Yurduma mənim deyən yağıları susdurmaq
Vaxtım çatıb ay ana, bu gün səfər edirəm.
Gözün aydın ay Ana, bu gün əsgər gedirəm.

Nahidə Tagiyeva Qurbanova
05.11.2017
www.kafiye.net