En çox insanı yaşadan , heyata bağlayan ümid, arzu,ve bunların gerçekleşmesi üçün mübarizedir…

ÖMRÜMÜZÜN GÜNEŞİ

Yenə xəyallarla qaldım baş-başa,
Xatirələr geri səsləyir məni.
Yenə səssizləşdim yenə bu gecə,
Sükut öz qoynunda bəsləyir məni.

Bu gece görmürem Ayi nedense,
Belke onda da derd , qem saysiz olub.
Ulduzlar nedense görsenmir yene,
Gece hem Ulduzsuz, hem Aysız olub.

Tez zülmət gecənin sonu gələydi,
Günəş bu gecəni çıxıb boğaydı .
Ömrümdə xoşbəxtlik doğmasa belə,
Barı sabahımda günəş doğaydı.

“Əlvida” demədim mən o gedəndə,
Dedim peşman olub dönər bəlkə də.
Ümidlə açacam bu səhəri mən,
Qəlbimin alovu sönər bəlkə də.

Güneş şölesiyle resmler çeksin
Bezesin bizleri şefeqleriyle…
Hamının qelbinde bir ümid eksin
Çilesin xoşbextlik üfüqleriyle!

Seadet Rzayeva Qerib
www.kafiye.net