İlk dəfə olaraq bu vəzndə bir şeir yazmışam. İlk olduğu üçün səhvlərimi bağışlayın. Amma iradlarınızı mütləq deyin

Ağlayıb Gözyaşını

Ağlayıb göz yaşını tökmə dayan göz bəbəyim.
Hər gün tökməklə yaşın nədir axı bir gərəyim.

Bivəfaya dəyməz belə, çəkdiyim ahu-zarlar.
Vəfasız nə anlarki bu dünyada sevgilər var.

Qəsd edirsən bu cana ,can ki mənə əmanətdir.
Bu cana qəsd etməyin Allaha bir xəyanətdir.

Qara zülfüm dəyişib rəngi yaman bəyaz olub.
Şux simam saralıbdır çöhrəm indi tamam solub.

Bəbəyimdən axan yaş yanağımda cığır açıb.
Gülüşüm ,təbəssümüm ,üz-gözümdən sevinc qaçıb .

Yetər artıq bu qədər bivəfaya yanma daha
Aldanıb sözlərinə sən bu qədər qanma daha.

Nahidə  Tağıyevam 12.06.2017
www.kafiye.net