QADIN SİRLİ DÜNYADIR…
28-ci bölüm.

Beləcə günlər həftələri,həftələr ayları əvəz edirdi.
Süsən bacardığı qədər Gülnardan iş-güc öyrənməyə çalışırdı.Hər şeylə maraqlanır,soruşub öyrənməkdən çəkinmirdi.Bilirdi ki,gec-tez Gülnar bu evi tərk edəcək.Evin də ,həyət – bacanın da işləri onun üzərinə düşəcək.Həyətyanı sahənin əkin işlərinə gəlincə isə,bəzi məsələlərdə hətta Gülnara məsləhətlər də verirdi.Axı o,ali təhsilli bioloq idi.Bioloji proseslərin elmi izahını daha yaxşı bilirdi.
Elşəni işə yola salıb həyətdə gəzişir,təmiz havanı ciyərlərinə çəkirdi..Əyni qalın olsa da,səhərin ayazı onu üşütdü.Ürəyindən isti çay içmək keçdi.Evə tərəf addımlayırdı ki,Gülnarın səsi gəldi:
-Ay qız , soyuqlayarsan,keç içəri.Gəl,gəl iki bacı isti çay içək.
Süsənin üzü güldü,içəri keçib Gülnarı qucaqladı:
-Mənim qayğıkeş bacım.Sənsiz bir günümüz olmasın,bu evin yaraşığı sənsən,-dedi.
Gülnar çayları süzüb süfrəyə qoydu,gülümsəyib:
-İndi bu nədir,alqışdır,yoxsa qarğış?Deyirsən ömür-billah dədəm evində qalım?.-deyib bərkdən güldü.
Süsən də ona qoşuldu.Xeyli zarafatlaşdılar,çay içib söhbət etdilər.Gülnar Murad barədə Süsənə az- çox danışmışdı.Məsələ açılmış ikən :
-Muradın adamları gəlmək istəyir ,-dedi.
Süsənin gözləri parıldadı:
-Gəlsinlər də.Onları necə lazımdır,qarşılamaq mənim boynuma.Təki sən xoşbəxt olasan.Zəhmətin,əziyyətin çox olub.Sən hər cür xoşbəxtliyə layiqsən,əzizim.Nə vaxt gəlmək istəyirlər?
-Ola bilsin ki,gələn həftə.
-Lap yaxşı.Allah xeyir versin,bacım.
Murad Elşənin ən yaxın dostu idi.Bakıda ali təhsil alıb,doğma kəndlərinə dönmüşdü.Kənddə gedən əksər tikinti-abadlıq işlərinin layihələrini o hazırlayırdı.Savadlı,geniş dünyagörüşlü mütəxəssis idi.Gülnarı hələ məktəb illərindən bəyənmişdi.Qonşu kəndə gəlin köçmüş bacısı Nigar vaxtilə Gülnarla bir sinifdə oxuyurdu,dərs əlaçısı idi.Ailələrindəki məlum hadisələrlə əlaqədar Gülnarın dərslərindən geriləməsi onu narahat edirdi.Ona görə də,gah özü onlara gedir,gah da Gülnarı evlərinə çağırırdı.Dərslərini çox vaxt birlikdə hazırlayırdılar.Gülnarın tərbiyəsi,mədəniyyəti,işgüzarlığı ailədə hamının xoşuna gəlirdi.Odur ki,məktəbi bitirəndən sonra bir neçə dəfə xəbər yollayıb elçi də gəlmişdilər.Elşən Muradı da,ailəni də yaxşı tanıdığından bu işə etiraz etmirdi.Bacısının da Murada könlü olduğunu hiss edirdi.Ancaq Gülnar, qardaşı evlənməyincə bu evi tərk etməyəcəyinə söz vermişdi.İndi artıq Elşəndən arxayın idi.
Nigar qonşu kənddə yaşasa da, uşaqlarını götürüb ata evinə tez-tez gəlirdi.Murad evdə tapılmadığından qocalar evdə çox vaxt tək qalırdılar.Nigarın gəlişi onlar üçün əsl toy-bayram olurdu.
Bu dəfəki gəlişində Nigar Gülnarla açıq danışmışdı.Onun Murada olan istəyini bildiyindən məsələni çox uzatmamağı xahiş etmişdi.Beləcə ,ailə ikinci xeyir işə hazırlaşırdı…Amma Gülnarın bir nigarançılığı vardı ki,onu heç cür rahat buraxmırdı….

Ardı var.

Govher Rustamova
www.kafiye.net