QADIN SİRLİ DÜNYADIR…
27ci bölüm.

Toyun səhəri Gülnar anasından qalan qızıl bilərziyi Süsənin qoluna taxdı.Üzündən öpüb , kövrək səslə:
-Anamındır,Süsən…Qoy səndə qalsın,-dedi.
Süsən Gülnarı qucaqladı:
-Gülsüm xalaya Allah rəhmət eləsin,-çalışaram,ona layiq olum,-dedi.
Bir neçə gün qonşu qız-gəlinlərdən təbrikə gəlib- gedənlər də olurdu,Gülnar hamını can-başla qarşılayıb yola salırdı.
Yenə həmişəki qayda üzrə tezdən oyanıb çay süfrəsi hazırlamışdı.Elşəni görcək:
-Sabahın xeyir !Yaxşı ki, özün oyandın,qalmışdım səni necə oyadım , – dedi.
Elşən gülümsündü:
-Məni oyatmaq da,çay süfrəsi hazırlayıb,işə yola salmaq da artıq sənin işin deyil,a baldız ,-deyib bacısının yanağına yüngül çırtma vurdu.Gülnar:
-Mən baldız yox,bacıyam.Bir də ki,Süsən hələ təzə gəlindir.Şəraitə uyğunlaşdıqca,özü-öz işini biləcək , – dedi.
Süsən oyaq idi,danışılanları eşidirdi.Özlüyündə ” Doğrudan ha,mən artıq bu evdə qonaq deyiləm,gəlinəm …Elşənin qayğısına da mən qalmalıyam,Gülnar yox..”.,- deyib cəld yatağından qalxdı.Geyinib özünü sahmana saldı.
Elşən artıq getmişdi.Gülnar darvazanı bağlayıb içəri keçəndə Süsəni gördü:
-Bıy,nə tezdən durmusan ,-dedi.Get yat,Elşəni yola saldım.
-Sağ ol,bacı.Sabahdan Elşəni özüm yola salacam.
-Fərqi nədir…Mən ta uşaqlıqdan tezdən oyanmağa vərdiş etmişəm…Atamı da,qardaşımı da işə mən yola salmışam…İndi ki,yatmaq istəmirsən,gedək,çay süfrəsi hazırdır,gəlin- baldız bir təzədəm çay içək ,-deyib Süsənin qoluna girdi.
Qızlar səhər yeməyi yeyir,çay içə-içə xeyli zarafatlaşıb söhbət edirdilər. 
Artıq payızın gəlişi hiss olunurdu.Havalar tədricən sərinləyir,ağaclar rəngini dəyişir,təbiət başqa bir görkəm alırdı.Süsən həyətə çıxıb sinə dolusu nəfəs aldi.Qarşısında açılan möhtəşəm mənzərəni heyrətlə seyr edib:
-Bu yerlərin payızı da gözəl olur!,-dedi.
Həyətdə sil-süpürlə məşğul olan Gülnar:
-Hələ bu nədir ki,-dedi.Sən bu yerlərin qışını görəsən!…Amma bir iş də var…bu yerlərin qışı sərt olur.Fikrin şəhərə getməsin,əlini,ayağını həmişə isti saxla…deyib qıyğacı nəzərlə Süsənə baxdı.Süsən onun nə demək istədiyini anlayıb azca pörtdü.
Gülnar həyətdə elə həvəslə işləyirdi ki,Süsən ona baxmaqdan zövq alırdı.Birdən başında qəribə fikir dolandı:”Gülnarın da istəyəni var.Nə vaxtsa burdan köçüb gedəcək,öz evi,ailəsi olacaq.O zaman bu işlər mənim öhdəmə düşəcək…Bacaracammı?…Gərək,yavaş- yavaş bu işləri də öyrənim…”
Gülnar sanki onun düşündüklərindən xəbərdar idi.:
-Hə ,bacı,həyət işinin də öz çətinlikləri var.Adam istəyəndə hər işi öyrənir.
-Çətin olsa da,maraqlıdır…
-Həvəsin olsa,hər şey yolunda olacaq .Qadın belədir…Evini,ailəsini qorumaq üçün hər fədakarlığa hazır olur.Əlçatmaz arzularına yetmək üçün minbir əziyyətə qatlaşır…Özünü nələrdənsə məhrum edir….
Birdən xəyyallardan ayıldı:
-Hə, bugünkü naharımızı gəlinbacı bişirəcək,baldız da yeyib qiymət verəcək,-deyib Süsəni qucaqladı.

Ardı var.

Govher Rustamova
www.kafiye.net