QINAMAYIN ZÜLEYXANI

Qınamayın Züleyxanı,
Yusifə pünhan vurulub.
Dildə gəzib hekayəsi:
“Bir qula Sultan vurulub”
Padşahı izzətdən salıb,
Onu taxtından eyləyən,
İffətli peyğəmbərini

Misirdə sultan eyləyən
Yaradanın qüdrətinə
Külleyi-cahan vurulub.
Yeddi illik fəlakətdə
Xalqı firavan eyləyən,
Yuxuların yozumunu
Hikmətlə bəyan eyləyən
Yusifin fəsahətinə
Yaqubi-Kənan vurulub.

Qınamayın Züleyxanı,
Yusifə nadan vurulub.
O Yusifin surətində
Allaha çoxdan vurulub.

TAMARA RUSTAMOVA TƏNHA BULUD
www.kafiye.net