Ana

Olmaz gözlərində dünyanın varı,
Övladı yolunda keçər canından.
Çiynində gəzdirər qarlı dağları
Bu müqəddəs varlıq ,fədakar insan.

Bəlalar üstümə gəlsə, bilirəm
Anamın ürəyi olacaq sipər.
Dünyanı zülmətdən qurtarmaq üçün
Bir ana qəlbinin alovu yetər!
Bir ana qəlbinin işığı yetər.

Tamara Rustamova Tenha Bulud
www.kafiye.net