ARİF ODUR Kİ

 

Arif odur ki ,elmdə irfanə çatıbdır,
Sirlər dənizindən keçib, ümmanə çatıbdır.
Silmiş könülün pasını ,atmış ürəyindən,
Bilmiş ,tanımış nəfsini ,Subhanə çatıbdır.
Keçmək diləmiş hər kim o elmin şəhərindən,
Elmin qapısı ol Şəhi-Mərdanə çatıbdır.

Qəlbində coşan öz qəzəbin boğmayan adəm
Od əhlidi, çün nəfsdə Şeytanə çatıbdır.
Nə ki Allah yaradıb, Həqqə nişandır yəqin
Həqqi özündə tapan kəs İkramə çatıbdir.
Cümlə aləm yaranıb zərrələrin tamından,
Vəhdətin sirrinə vaqif olan Rəhmanə çatıbdır.

 

Tamara Rustamova Tənha Bulud
www.kafiye.net