Simurq kimi

Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz ,əbədi eşqin yolunda
Yenə küllərimdən doğulmalıyam.

Səbrimlə dözümüm oldu həmdəmim,
Ağır imtahandan keçməliyəm mən.
Bu dərdli günündə sənə nə deyim?
Ən doğru olanı seçməliyəm mən.

Odur öz ömrünü mənə adayan
Sən isə ömrümü məndən alanım.
O hər gün cavabsız eşqə ağlayan,
Sən isə bəxtimə düyün salanım.

Bu eşq intihardır göz görə-görə,
Yanıb Simurq kimi kül olmalıyam.
Bir ölməz ,əbədi eşqin yolunda
Yenə küllərimdən doğulmalıyam.

Tamara Rüstəmova Tənha Bulud