Gözledim yuxuma qonaq gelesen….

Çəkilib bir yana, qısılıb küncə,
Hicranın odunda yandım gizlicə…
Bircə arzu ilə yatdım hər gecə;-
Gözlədim, yuxuma qonaq gelesen

Gözlədim ümüdlə, min bir diləklə,
Duşundum gələrsən əsən küləklə
Axı, səni sevdim təmiz ürəklə-
Gözlədim, yuxuma qonaq gələrsən.
 

Ürəyim həsrətə dözməyir daha,
Bu eşqin acısı gəldi çox baha…
Gümanım qalıbdır təkcə-Allaha-
Gözlədim, yuxuma qonaq gələsən.
 

Kaş ki, qismətimdə qala biləydin,
Məni bu həsrətdən ala biləydin.
Barı, yuxularda gələ biləydin-
Gözlədim, yuxuma qonaq gələsən…!

Çarəsiz, əlacsız qaldıq ikimiz,
Kimsələr bilmədi nədir dərdimiz.
Qalsın qəlbimizdə böyük sevgimiz-
Gözlədim, yuxuma qonaq gələsən.!

Nakam eşqimizin kədər, qəmisən,
Nisgilli könlümün tək məlhəmisən.
Tekcə yuxularda sən həmdəmimsən,
Gözlədim , yuxuma qonaq gələsən..!!!

Seadet Rzayeva Qerib
06.10.2017
www.kafiye.net