Gələ bilmədik,
Oturub səninlə üz üzə yenə
Ortaq bir məxrəcə gələ bilmədik.
Günahkar axtardıq hər ikimiz də
Günahakar kim oldu tapa bilmədik

Mən saya bilməyib günahlarını.
Heç birini üzünə sənin demədim 
Qarşında dayanmış o boş vərəqə,
Götür yaz günahın deyə bilmədim.

Qarışdı riyazi vurğular yenə
Gah vurduq ,gah çıxdıq.birdə topladıq.
Qarışdı suallar biri-birinə
Yenə heç birinə cavab tapmadıq.

Yenə də itirdik öz başımızı.
Yenə mat-məətəl boylanıb durduq.
İtirdik yollarda naxışımızı
Həyat yollarında yıxılıb durduq.

Oturub səninlə yenə üz-üzə.
Ortaq bir məxrəcə gələ bilmədik.
Nə qədər topladıq nə qədər böldük..
Eyni bir hasilə tərəf gəlmədik..

Nahidə  Tağıyeva Qurbanov
06.10.2017
www.kafiye.net