Gözlerim Qapıda

Gözlərim qapıda qulağım səsdə
Döyünür ürəyim aram ahəstə
Olmuşam dərdindən zarıncı xəstə
Uzaq yolu yaxın elə tez ol gəl
Təbibimsən can üstəyəm tələs gəl.

Bu gün son günümdür son nəfəsdəyəm.
Ovlanmış quş kimi dar qəfəsdəyəm.
Ay insafsız gör ki mən nə dərdddəyəm.
Uzaq yolu yaxın elə tez ol gəl
Təbibimsən can üstəyəm tələs gəl.

Üzülüb əllərim itib gümanım.
Heç kimdən heç nədən yoxdur umanım.
Tanrıya yalvarım bir az yubanım
Uzaq yolu yaxın elə tələs gəl
Təbibimsən can üstəyəm tələs gəl

Nahidə Tağıyeva Qurbanov
08.10.2017
www.kafiye.net