Eşqimin günahı yoxdur

Verdiyin suala ,cavablarım yox.
Dediyin hər sözün sonu niyədir?
Elə bil qarşında dayanan mən yox.
Dərsini bilməyən bir tələbədir.

Bilmirəm nə deyim necə danışım.
Dediyim sözümə sən inanasan.
Elə söz deyim ki mən haqq qazanım
Səndə qiymətimi əla yazasan .

Deyimmi mən sənə öz suçlarımı?
Deyimmi günahkar mənəm bağışla
Deyimmi ayağa durub sən əl çal
Mənim günahımı sən də alqışla.

Nə deyim danışım tapa bilmirəm.
O qədər suala cavabım yoxdur.
Bircə onu bil ki səni sevirəm
Eşqimin bu yolda günahı yoxdur.

Nahidə  Tağıyeva Qurbanov 09.10 .2017
www.kafiye.net