TANRININ SEVGİSİ

Nə zaman Rəbbimi sevirəm “dedim
Məni sınaqlara çəkdi Allahım.
Çəkdi imtahana səbrumlə məni,
Gözümün yaşını tökdü Allahım.

Dərd-qəm güc gəldikcə ,üsyana düşdüm.
“Nədən üz çevirdin, Allahım ?”-dedim.
Zülmün, haqsızlığın odunda bişdim,
“Axı nədir mənim günahım ?”-dedim.

Bəzən ümidlərim tükəndi sanki
Özümə zülm edib nəfsimə uydum
Nə olardı halım, hidayətinlə
Hər an əllərimdən sən tutmasaydın?

Allahın quluna verdiyi dəyər
Vallahi hər iki dünyaya dəyər.
Yaradan qulunu sevdiyi qədər
Bəndə aciz imiş sevgidə məgər.

Ya Rəbbim, bağışla günahlarımı
Sənin mənə olan sevginə xatir.
Səni sənə layiq sevmək olarmı?
Əfv et yaşatdığın hər günə xatir.

Tənha Buludunam ,səyyar gəzərəm,
Möhtac könüllərə inci damlaram.
Cəfakeş qulunam ,dərdə dözərəm.
Axirətə kimi sağalmaz yaram.

26.07.2017.
Tamara Rustamova Tenha Bulud
www.kafiye.net