Ağlama gözlərim ağlama bəsdir.

İllərdir tökdüyün göz yaşlarından.
Həsrət badəsini içdin başından
Gecələr yatmayıb çırpınışından.
Yoruldum gözlərim ağlama bəsdir
Ağlama ağlama artıq əbəsdir.

Hər gecə üstümə gələn kabusdan
Ömrünü yaşayan belə məhbusdan
Sənin tanıdığın balaca qızdan
Salıb yaddaşına ağlama bəsdir
Yoruldum ,ağlama artıq əbəsdir.

Əlim də usanıb daha silməkdən.
Səndə usan daha qan yaş tökməkdən.
Unut bir dəfəlik bu deyinməkdən
Yoruldum gözlərim ,ağlama bəsdir.
Ağlama, ağlama artıq əbəsdir.

Bir az qürurlu ol bir azca da sərt
Bacar yaşatmağı sə də bir az dərt
Çəkdiyin əzabdan sən də al ibrət.
Yoruldum gözlərim ağlama bəsdir.
Ağlama ağlama artıq əbəsdir.

Kiminçün tökürsən bax bir yaşını.
Tökmür ətəyindən tökmür daşını.
Bilsə də acını əymir başını,
Ağlama gözlərim ağlama bəsdir.
Bu gün anlamışam artıq əbəsdir.

Nahidə Tağıyeva Qurbanova / 11.10 2017
www.kafiye.net