Qarı nənə

Duman gəlib dağ başını aldımı?
Qarı nənə yerə süfrə açdımı?
Yığıb yenə qız gəlini başına,
Sac üstünə bir fəsəli yaydımı.?

Aldımı əlinə ərşi arğacı:
Baxdımı uzağa durub qıyqacı.:
Əyirib qoyunun ipək yunundan
Xalı toxudumu rəngi turacı.?

Çaldımı yenə də hər axşam sazlar:
Bəzəndi yenəmi gəlinlər qızlar?
Qarı nənə töküb cehiz sandığın,
Ordan çıxardımı güllü yaylıqlar?

Bayram olcaq yenə üzü güldümü?
Qohumlara bayram payı böldümü?
Yol gözlərdi baxıb yollara sarı,
Bu bayramda gedənləri döndümü.?

Ayırardı pay pürüşdən hamıya,
Kim gələrdi pay qoyardı qapıya.
Kəsdirəndə qış qapının ağzını,
Tez başlardı yun corablar toxuya.

Çatıldımı yenə yerdə ocağı?
Töküldümü yenə küncü -bucağı?
Oğul uşaq yığıldımı başına.
Sevindimi nənə kimi qucağı?

Mis qazanı sevə sevə gətirib,
Tez qoydumu ocaq üstə qaynasın.?
Zəfəranlı qırqovullu plovu,
həzin -həzin köz üstündə dəm alsın?

Nahidə Tağıyeva Qurbanova / 12.10.2107.
www.kafiye.net