BİR TƏSƏLLİ VER GÖRÜM,

Tap cəsarət,bir təsəlli ver görüm.
İtən illərimi geri qaytarsın.
Elə söz tap ,eləsini de görüm.
O sözündən ,ömrümə gün calansın.

Tap cəsarət,bir təsəlli ver görüm.
Gözümün nurunu mənə qaytarsın.
Elə söz seç,eləsini de görüm,
Məlhəm kimi ürəyimə yayılsın.

Tap cəsarət,bir təsəlli ver görüm.
Küsən ruhum sözlərindən oyansın.
Elə söz seç eləsini de görüm,
Gözlərimdən sənə sevgi boylansın.

Nahidə Tağıyeva Qurbanov
www.kafiye.net