ATMAYIN KÖRPƏLƏRİ

Bir anlıq ehtiras əsiri olub,
Qucaqdan, qucağa yatmayın qızlar.
Dünyaya atasız körpə gətirib,
Sonra o ,körpəni atmayın qızlar.

Geyib ağ gəlinlik, ağ duvaq taxın.
Ata , analardan hallalıq alın.
Aldanıb həyatda vara dövlətə
Özünüzü min günaha salmayın.

Dolubdur körpələr evi uşaqla.
Hər üzdə bir kədər ,qəmli baxış var.
Yollara dikilən məsum gözlərdə,
Vallah ataya-anaya ağır qarğış var.

Gözləri yollarda, qəlblər narahat.
Körpə balaların nə günahı var?
Günahkar olansa ata-ananın,
O körpə baladan nə xəbəri var.

Böyüyür hamısı yarı-yarımçıq,
Ana laylasına möhtac olurlar.
Bir çoxu dünyaya gəldiyi üçün,
Allaha çox zaman asi olurlar.

Dünyaya gətirib ciyərparanı,
Atmayın! lazımsız bir əşya kimi.
O sənin qanından əmələ gəlib
Qoru! səndə onu bəbəyin kimi.

Nahidə Tağıyeva Qurbanov .10.06.2016
www.kafiye.net