DÜNYA ELƏ DAĞILASI DÜNYADIR,,

Sakit-sakit bir kənarda dayanıb.
Seyr edirəm ətrafımda olanı.
lənətə gəlsin belə zamanı.
Dünya elə dağılasıDünyadı.

Artıb yaman ar-namusun satanlar.
Halalına haram tikə qatanlar,
Bütün günü eyş-işrətdə olanlar.
Dünya elə dağlası Dünyadı.

Hörmət izzət yoxdur ata -anaya.
Düşmən olub indi qardaş bacıya,
Asi düşüb yaradılan Tanrıya,
Dünya elə dağılası Dünyadı.

Satan kimdir, satılan kim. alan kim?
Kim qul olub,kimdir nökər kim hakim?
Gördüyünü kim deyirki.axı kim?
Dünya elə dağılası Dünyadır.

Sakit-sakit bir kənarda dayanıb.
Seyr edirəm ətrafımda olanı.
Lənətə gəlsin belə zamanı.
Dünya elə dağılası Dünyadır.

10.06.2017 Nahidə Tağıyeva Qurbanov
www.kafiye.net