Məndən nigaran olma.

Yaxşıyam mən …
Həyat yordu sadəcə.
Bir də, bir az .
Həsrət üzübdür məni.
Birdə bir az, arada bir yoxluğun.
Meh gələndə gətirdiyi o ,qoxun.
Yoxsa belə
Yaxşıyam mən..
Vallah nigaran olma.

Yaxşıyam mən…
Məndən nigaran olma.
Həyat yordu sadəcə..
Birdə hərdən bilirsən nə?
Yaman yorur qəlbimi.
Yolda ,izdə küçədə,
lap elə məhləmizdə.
Əl-ələ tutuşanlar,
Sevib tez qovuşanlar,
yaman kövrəldir məni.

Yaxşıyam mən…
Məndən nigaran olma.
Həyat yordu bir az məni.
Unutmuşdum..
birdə deyim.
Səni məndən soruşanlar.
Yaman xətrimə dəyir.,
Cavab verə bilməyəndə,
Ürəyim də göynəyir.
Söz tapmıram danışmağa.
Axı onda nə deyim?

Yaxşıyam mən…
Məndən nigaran olma…
Həyat yordu sadəcə
Birdə bir az sənsizlik.
Hə birdə ki yoxluğunda ,
Həyatıma qonaq gələn səssizlik.

Mən yaxşıyam 
Məndən nigaran olma.
Yaşayıram öz ömrümü
Harda qırıla, bitə.
Həyatıma çökən sükut,
Beləcə sona yetə.
Sən də onda çox üzülmə,
Sən də mənə acıma.
Bax ,yaxşıyam yoxluğunda
Məndən nigaran olma….

Nahidə Tağiyeva  Qurbanova  .16.09.2017
www.kafiye.net