BİR ADDIM AT

Çox çətindir,gəlib könlüm almağın?
Barışmağı, bir yadına salmağın?
Köç eyləyib yar yanında qalmağın?
Bu qədərmi çox çətindir səninçün?
Bir addım at barışmağa mənimçün.

Demirəm ki,mənim üçün bar gətir,
Get dağlara dağdan mənə qar gətir,
Ulduzlardan aydan mənə pay gətir
Bu qədərmi çox çətindir səninçün
Bir addım at barışmağa mənimçün

Çox çətindir gəlib könlüm almağın?
Mənimlə birlikdə fikrə dalmağın??
Gülə-gülə bir üzümə baxmağın?
Bu qədərmi çox çətindir səninçün?
Bir addım at barışmağa mənimçün.

Nahidə Tağıyeva Qurbanova .14.06.2017
www.kafiye.net