Özümə Hədiyyəm

Yaş gəldi yaşımn üstünə yenə.
Ay allah bir yaş da böyüdüm bu gün 
Saçlarım ayırdı yer də, ağ dənə.
Mən də anladım ki qocaldım bu gün.

Qəlbim həm sevindi həm kədərləndi
Bilmədim sevinəm yoxsa ağlayam.
Gözlərim dolmaqçün yaman tələsədi
Sevindim axı mən bu gün anayam.

İllər necə ötüb necə ay aman.
Xəbərsiz-ətərsiz ötüb quş kimi.
O illər geriyə dönməz bir zaman.
Yazıldı ömrümə bir keçmiş kimi.

Ay allah nə zaman ötüb bu illər
Fəsillər yerini necə dəyişib.
Mənmi görməmişəm nədir bilmirəm
Yoxsa ki ömrümdə illər tələsib.

Mən necə böyüdüm necə yaşlandım.
Heç xəbər tutmadım neçə yaşdayam
İllər elə ötdü xəbər almadım.
Bu gün anladım ki 44 yaşdayam.

Yaş gəldi yaşımın üstünə yenə.
Bir ildə ömrümə qonağım oldu.
Baxdıqca yaşanan keçən ömrümə
Heç kim qınamasın gözlərim doldu.

Nahidə Tağıyeva Rustamova .21.08.2017
www.kafiye.net