Hərdən Elə

Hərdən elə bilirəm ki ,
yenə körpə bir uşağıq.
Hərdən küsüb barışırıq.
Gah səninlə dalaşırıq
kiçik gəlincik üstündə
Ya saçlarımı dartırsan 
Ya kitabımı alırsan.
Yenə axır göz yaşlarım yanağıma.
Kiçik toppuş əllərimi
Tuturam göz qapağıma.
Durub səndə 
bir kənardan seyr edirsən
Birdən qəh-qəhə çəkərək
Gülüb özündən gedirsən.

Hərdən elə blirəm ki,
yenə körpə bir uşağam
Al qırmızı lent taxıram.
Geyib təzə paltarımı,
Atam alan sandalımı,
Küçəmizə boylanıram.
Sən də keçirsən küçədən.
Evimizin lap önündən.
Səni görüb dayanıram
Sənin üçün forslanıram.
Səndə süzüb tərs-tərs yenə
İşarə edirsən mənə
Durma burda get deyirsən.
Evinizə keç deyirsən.

Hərdən elə bilirəm ki,
Yenə körpə bir uşağam.
Yenə anam səsləyəcək
Dur məktəbə get deyəcək.
Durub yenə yatağımda oturacam
Yuxulu gözlərimlə
Düz qapıya boylanacam
Dərsə mən getməyim deyə
Bir bəhanə axtaracam
Yalandan xəstəyəm deyib
Əynimə qalın don geyib
Yatağıma uzanacam
Qızdırmam var deyib yenə
Mən anamı aldadacam.

Hərdən elə bilirəm ki,
Yenə körpə bir uşağam.
Böyümədim balacaym.
Bütün dərdlərdən uzağam
Qaçıb yenə səhər axşam
Qapınıza daş atacam.
Atan yenə məni görüb.
Saçıma sığal çəkəcək.
Tutub mənim əllərimdən
düz evinizə çəkəcək.
Səsləyəcək atan səni
Gəl qonağın gəlib deyib.
Sənə əlilə gəl deyib
Göstərəcək yenə məni.

Hərdən elə bilirəm ki.
Yenə körpə bir uşağıq.
Böyümədik hələ safıq
Bu həyatın qucağına atılmadıq.

Nahidə Tağıyeva Rustamova .27.08.2017
www.kafiye.net