Ana Vətən torpağı

Mən bu parça-parça olan,
Yağı tapdağında qalan,
Sinəsi şəhidlə dolan
Ana Vətən torpağıyam.

İllərlə qolu bağlanan,
Azadlıq səsi boğulan,
Fırtınalara yurd olan
Ana Vətən torpağıyam.

“Təbriz” deyub ağlardım mən,
Qarabağ da getdi əldən…
Yaraları qövr eyləyən
Ana Vətən torpağıyam.

Ey qəhrəman övladlarım!
Birləşdirin torpaqları!
Ucalsın Türk bayraqları,
Bütövləşsin Azərbaycan.
Ana Vətən torpağıyam,
Ana Vətən torpağıyam!

Tamara Rustamova Tənha Bulud/ 2006-cü il.
www.kafiye.net