QADIN SİRLİ DÜNYADIR…

8-Cİ HİSSƏ.

Qadir dediyinə əməl edirdi.Alqı-satqı ilə əlaqədar nə vaxt Bakıya gəlsə,Gülnarı da özü ilə gətirər,Süsəngildə qoyub,işlərinin ardınca gedərdi….Qızlar baş-başa verib söhbət etməkdən doymazdılar…..Mayisə onların bu dostluğuna çox sevinərdi.Hərdən Qadirdən icazə alıb,Gülnarı bir neçə gün qonaq da saxlayardı.Tətil günlərində onları gəzintilərə,tamaşalara,bayram şənliklərinə aparar,vaxtlarının səmərəli keçməsi üçün əlindən gələni əsirgəməzdi…
Günlər,aylar,illər beləcə ötürdü….Qızlar bir-birindən uzaqda yaşasalar da,əlaqələri kəsilməmişdi.Tez-tez məktublaşar,zəngləşər,hal- əhval tutardılar……
Məktəbi bitirəndə Süsənin ürəyində sonsuz arzuları vardı… Ən əsası isə Ali məktəbə daxil olmaq idi…Ondan fərqli olaraq,Gülnar o barədə heç düşünmürdü də..Şəhərdə yaxşı oxusa da,kəndə köçəndən sonra dərslərində xeyli zəifləmişdi.Evin bütün ağırlığını incə çiyinlərində daşıyırdı…..Yaşıdlarına nisbətən erkən böyümüşdü…Həyət-baca işi,biş-düş,yuyub-yığışdırmaq,ata,qardaş qulluğunda durmaq onu elə yorurdu ki,dərslərini hazırlamağa halı belə qalmırdı..Bəzən də, yorğunluğundan yatıb qalır,dərslərə gecikirdi.. ..
Növbəti dəfə telefonla danışanda Süsən nə qədər çalışsa da,Gülnarı fikrindən döndərə bilməmişdi:
-Başa düş,sən mütləq təhsil almalısan,-desə də, Gülnar onu eşitmək istəmirdi:
-Onsuz da qəbul olmayacam,boş yerə vaxt itirib, gəlib -getməyin nə mənası var axı…Bir də ,lap tutaq ki,qəbul oldum,kənddəki evi,xəstə atamı,qardaşımı qoyub şəhərə necə gələcəm?,-deyib qəti etiraz edirdi.
Süsən qəbul imtahanlarını uğurla verib,Ali məktəbə daxil olanda,özünə görə nə qədər sevinmişdisə,rəfiqəsinə görə bir o qədər məyus olmuşdu…O,Gülnarı müasir,ali təhsilli qizların sırasında görmək istəyirdi…Nə etməli?…Həyat çox vaxt başqa şeylər diktə edir…
Gülnar Elşənlə söhbətindən sonra bir qədər ürəkləndi…”Bundan nə əcəb?Həmişə evlənməkdən söz düşəndə daş atıb,başını tutan Elşən indi razılıq verdi?….Hələ üstəlik gəlin tapmağı da mənə həvalə etdi?..”Sonra özünü qınadı:”Hə də,necə olmalıdı ki?Yaşının o vaxtıdı,qabağa da bacı olaraq mən düşməliyəm…Xeyirlisi….”Gözləri yol çəkdi ..Anasının surəti bir anlığa qarşısında canlandı…Gülümsəyən gözləri elə bil Gülnara ürək-dirək verirdi…Gülnar özündən biixtiyar,xəyalən də olsa,onunla danışmağa başladı: .”Gözlərin aydın,ana.. .Balaların böyüyüb…Elşənin evlənməyə qərar verir..Qızın elçi gedəcək,xonça bəzəyib nişan aparacaq..Qapımızda toy çalınacaq…Amma..sənsiz….Qismətində bunları görmək yox imiş..Neyləyək?Yazıya pozu yoxdu….”Dərindən ah çəkib,gözlərini sildi….Adətən belə dəyintili vaxtlarında Süsənə zəng vurub dərdləşərdi…Amma onunla da danışığı alınmamışdı..Tanımadığı qohumlarının ona elçi düşməsi,ata-anasının onsuz qərarlar verməsi Süsəni elə acıqlandırmışdı ki,Gülnarla söhbətini müxtəsər edib,dəstəyi asmışdı….
Gülnarın indi rəfiqəsinə daha çox ehtiyacı vardı…Birdən Süsənin ona sonuncu dəfə göndərdiyi fotoşəkli xatırladı.Onu ailə albomunda,ən çox əzizlədiyi şəkillərin yanında saxlayırdı.Cəld yerindən qalxıb,şkafı açdı,albomdan şəkli götürüb sinəsinə sıxdı.Sonra….Baxdıqca,baxdı…
Xəyallar,xatirələr onu necə çulğalamışdısa,Elşənin gəlişindən xəbəri olmamışdı.
Elşən:
-Yenə şəkillər?-deyəndə Gülnar diksindi.
-Hə,-dedi.Süsənim yadıma düşüb.Onunçun lap burnumun ucu göynəyir .
-Süsən?…Hansı Süsən?Nazim əminin qızını deyirsən?..Biz bura köçəndən sonra onu heç görməmişəm..Yəqin böyüyüb,dəyişib…Bəlkə də,görsəm heç tanımaram…
Gülnar əlindəki şəkli qardaşına uzatdı:
-Al bax,bu da Süsən…..
Elşən şəkli əlinə alanda gözlərinə inanmadı…..

Ardı var.
Govher Rustemova
www.kafiye.net