Qadın

Gecələr çox zaman göz yaşlarını
Gecə köynəyinin qoluna silər.
İstəməz görsünlər ağladığını.
Göz yaşın hamıdan gizlədər qadın

Göz yaşıyla gecə yuyub balışın.
Gecəni sübh edər beləcə qadın
Kimsə anlamasın ağlamağını
Yalançı təbəssüm göstərər qadın.

Narahat baxışın dikib qapıya.
Qəlbi sək-səkəli gözləyər qadın.
Qəlbi sızlasa da, qan ağlasa da,
Dilinə gətirməz çəkdiyin qadın .

Çox zaman danışmaz. giley eləməz.
Dərdini kimsəylə yarıya bölməz.
Çəkər öz qəlbində dilə gətirməz,
Kimsəyə dərdini yük etməz qadın.

Nahidə Tağıyeva 26.08.2017
www.kafiye.net