,,Bir lay-lay çalanım ola,,

Elə istəyirəm ana laylası
Bir ana laylası çalanım ola 
Alıb dizlərinin üstünə başım
Ruhumu oxşayan adamım ola.

Bir anlıq dərdimi əlimdən alıb
Oxuya laylasın şirin avazla.
Dizləri üstündə yuxunu alıb
Qalxasan yuxudan bir güllü yazla.

Dönəsən ərköyün körpə uşağa
Hələ də çəkələr nazını sənin.
Getməyib görəsən səndən uzağa
Hələ yanındadır çox sevdiklərin.

Hərdən şirin səsllə səni səsləyə
Balaca körpə tək səni bəsləyə
Elə çox demirəm gündə bircə yol
Açıb qucağını balam gəl deyə

Elə düşünəsən hələ körpəsən
Nə sən böyümədin anan ölmədi.
Döyməyib qapını həsrətin əli
Anan hələ sağdır ölüm gəlməyib.

Elə istəyirəm ana laylası.
Bir ana laylası çalanım ola.
Alıb dizlərinin üstünə başım
Şirin laylay çalan bir Anam ola.

Nahidə Tağıyeva Qurbanova  / 13 .08 2017
www.kafiye.net