Unuda bilsən,,

Yaman çətin olur deyir unutmaq .
Səndə unut məni ,unuda bilsən.
Səndə sil qəlbindən mənim adımı.
Sil daha qalmasın sil, silə bilsən.

Bəlkə, nə zamansa başqa birinə,
Qəlbinə köçməyə izin verərsən.
Qəlbində xatirə qalan bir izdən,
Onun da xətrinə dəyə bilərsən.

Nə varsa qəlbində lap yaddaşında.
Nə varsa sil süpür təmizlə məndən.
Vallah incimirəm dəqiq sözümdür.
Unut sən bu gündən unuda bilsən .

Yaman çətin olur deyir unutmaq.
Səndə unut məni unuda bilsən .

Nahidə Tağıyeva Qurbanova  15.08.2017
www.kafiye.net