Durub Göl Kenarında

Durub göl kənarında
Pusqu qurdu kəsəyən
Qurduğu o pusquda 
Mürgü vurdu kəsəyən.

Hərdən açıb gözünü
Görürdü öz üzünü
Baxdıqca öz əksinə
Valeh oldu özünə 
Mələk sandı özünü
Gözəl gördü üzünü.

Salıb nazik quyruğun
Ayna tək təmiz suya
Sığal çəkdi başında
Boz rəngli saçlarına
Düşündü ondan gözəl
Yoxdu yanda yörədə
Hamı aşiq olacaq
Onu belə görəndə.

Fərəhindən az qala,
qəlbi dura dayana.
Olmayan qanadıyla
Az qaldı qanadlana
Başını bir tərpədib,
Baxdı oyan buyana.

Gözünə ilk görsənən
Ceyrana bir çəpəki
Nəzər saldı kəsəyən
Tərs baxdı yana-yana
Gördü məğrur yerişlə
Ceyran keçir yanından.

Heç fikirdə vermədi
Ona geçəndə ordan.
Fikirləşdi paxıldır
Gözü götürmür onu.

Ondakı gözəlliyi
Heç görməmək olurmu?
İstədi qamətini 
O düzəldə düz tuta
Ötüb gedən ceyranın 
qaçıb ardınca çata
Nə qədər çabaladı
Ayağa da qalxmadı.

Gedib ceyrana çatmaq 
Arzusuna çatmadı.

Nahidə Tağıyeva Qurbanova 16.08.2017
www.kafiye.net