Unudulsa Yaxşıdır

Nə vardısa sevgimizdən nişanə
Dəfin elədim izi də qalmasın.
Başdaşına qoymamışam nişanə.
Axtaranda bir iz də tapıllmasın.

Nəyə lazım biz olmasaq sevgimiz.
Elə sevgi dəfin olsa yaxşıdır.
Çoxdan bitib qəlbimizdə sevgimiz.
Bitən sevgi unudulsa yaxşıdır.

Nə vardısa sevgimizdən ibarət.
Dəfin etmişəm izi də qalmasın.
Bir kəlmə var başdaşında nəqarət.
Bu sevgini kimsə yada salmasın.

Nahidə Tağıyeva Qurbanova .16.08.2017
www.kafiye.net