Herden Sükuta

Hərdən sükuta qərq olar evin.
Fikirlərə dalarsan.
Bir hüzün çökər evinə
Darıxarsan.
Çəkilərsən otağın bir küncünə
Kədər dolmuş öz evinə baxarsan.
Qəlbini göynədər sakitlik.
Danışdıracaq bir adam
Səni dinləyəcək bir adam gəzərsən.
Sakit addımlarla döşəmədə gəzərsən.
Ayaqların altında döşəmə inildiyər.
Sakitlikdən o gecə döşəmə də dillənər.
Sakitlikdən əzab çəkən insan kimi
döşəmədə deyinər.
Hərdən sükuta qərq olar evin.
Danışacaq biri yox.
Kimsə dinləməz səni.
Bir anlıq düşünərsən
Hamı unudub səni.
Daş divarlar inləyər
Hərdən üstünə gələr
Qara basar evində 
Başını qucaqlayıb sıxarsan əllərinlə.
Tənhalığın acısını dadarsan.
İçin-için od tutarsan yanarsan.
Hərdən sükuta qərq olar evin.
Bir salam vermək üçün 
Bir əldən tutmaq üçün 
Əl axtarar əllərin.
Onda kömək olar bəlkə xatirələrin.
Hər gün birinin izinə düşərsən
Arada bir dəli kimi gülümsəyərsən.
Təklikdən qurtarmaq üçün 
öz-özünə deyinərsən.
Arada bir qulağına səs gələr
Zənn edərsən qapıdır.
Kimsə səni çağırır.
Sevinclə qapıya gedərsən.
Sonra peşman geri dönərsən.
Hərdən sükuta qərq olar evin.
Bir söz deməyə həsrət dilin
Oturub divanda səssiz səmirsiz.
Tək-tənha yenədə tamam kimsəsiz.
Gözlərin qapıda qulağın səsdə
Qəlbindən bir istək keçər yenə də
Kimsə döyə qapını Xatirələr olmaya
Gəlib sənin yadına Məni birdə salmaya.

Nahide Tagiyeva Qurbanova .19.08.2017
www.kfiye.net