QADIN SİRLİ DÜNYADIR.

7-Cİ HİSSƏ

Gülsümün dəfni doğma kəndlərində oldu..Gülnargil hamılıqla orda idilər.
Qonşular elə hey onlardan danışır,olanlara təəssüflənirdilər….Hamı uşaqlardan nigaran idi.Süsən də Gülnarın xiffətini çəkirdi,yadına düşdükcə gözləri dolurdu….Sevimli rəfiqəsi indi neyləyirdi?Nə vaxt Bakıya dönəcəkdi?
Axşam saatları idi.Qapının zəngi çalındı.İşdən sonra divanda mürgüləyən Nazim qalxıb qapıya tərəf getdi..Gələn Qadir idi.Nazim onu çətinliklə tanıdı..İnsan necə dəyişərmiş!Qəddi əyilmiş,gözləri çuxura düşmüşdü..Saqqal basmış sifətində qırışlar əmələ gəlmişdi….Qonşular hörmətlə əl görüşdülər.Nazim Qadiri içəri dəvət etdi…Qızının ev tapşırıqlarına nəzarət edən Mayisə onu görəndə duruxdu.Salamlaşıb çay süfrəsi hazırlamaq üçün mətbəxə keçdi.Qadir qonşuları çox intizarda qoymadı:
-Nazim,qardaşım,-dedı.Bu olanlardan sonra mən burdakı evə yığışa bilmirəm.Divarlar üstümə gəlir.Hər şey mənə Gülsümü xatırladır..Kənddəki qohumlarım məsləhət görürlər ki,burdakı evi satıb kəndə köçüm..Bilirəm,o da asan olmayacaq.Amma başqa çarəm yoxdu.İndi uşaqlar qohum evindədirlər.Dərslərindən geriləməsinlər deyə kənd məktəbinə gedirlər.Fikrim var ki,qırxı verəndən sonra burdan köçüb gedim.
-Bəs işin necə olacaq?
-Orda da fəhlə işi tapmaq olar…Əsas burdan aralanmaqdır….Dözə bilmirəm..
Nazim:.
-Gəl qardaş, bir stəkan çay iç,yol gəlmisən,-deyib qonşusunu Mayisənin səliqə ilə hazırladığı çay süfrəsinə dəvət etdi.
Nə deyim,qərar özünündür,-dedi.Heç birimiz sizdən ayrılmaq istəməzdik…amma bununla təsəlli tapacaqsınızsa,olsun…..
Qadir çaydan bir qurtum içib :
-Bilirsiniz,gəlişimin məqsədi başqadır,-dedi.Qonşularım ən çətin günümdə mənə dayaq oldular.Uşaqlarıma hər cür nəvaziş göstərdilər..Mayisə bacım da sağ olsun!-dedi.Sağollaşıb, halallaşmadan gedə biməzdim.Allah hamınızdan razı olsun.Haqqınızı halal edin..
-Halal ,Qadir qardaş.Onlar hamımızın balasıdı.Siz də bizim yerimizdə olsaydınız,belə edərdiniz…-deyə Mayisə söhbətə qarışdı.-Bəs biz onlardan necə xəbər tutacağıq?Süsən elə hey Gülnarı soruşur…
-Narahat olmayın,Qadir asta səslə gözünü yerdən qaldırmadan cavab verdi.Evin satışı ilə əlaqədar Bakıya gəlib-gedəcəm.Hər gələndə Gülnarı da özümlə gətirərəm,görüşərlər…Sonrası…Allah kərimdir,-deyib ayağa qalxdı.
Söhbəti maraqla izləyən Süsən Qadirin getmək istədiyini görüb cəld qonşu otağa keçdi.Sevimli gəlinciyi ilə geri qayıtdı.:
-Qadir əmi,bunu Gülnara verin,-dedi.
Qadir içindəki qəhəri güclə boğdu.Əlini Süsənin ipək saçlarına çəkdi.
-Gələn həftə onu sənə qonaq gətirəcəm,-dedi.Bax,onda özün öz hədiyyəni verərsən,-deyib qapıya tərəf getdi.
Gülnarın Bakıya gəlmək xəbəri Süsəni elə sevindirdi ki,gözləri parıldadı…Üzünə təbəssüm qondu.
Nazim Qadiri yola salmaq üçün onunla bərabər həyətə düşdü….Bir qədər orda da söhbət edib evə qalxdı.Süsən artiq şirin yuxudaydı….Kim billir nələr görürdü…..

Ardı var.

Govher Rustamova
www.kafiye.net