QADIN SİRLİ DÜNYADIR..

6-CI HİSSƏ 

Uşaq nəsə hiss edirmiş kimi ciddi görkəm aldı.Donuq baxışları Mayisənin ürəyinə xəncər kimi sancıldı..Qız elə bil bu bir neçə dəqiqədə böyüdü…Mayisə uşağın həyəcanını azaltmaq üçün səsini mülayimləşdirdi.”Belə lazımdır qəşəng balam.Ananın vacib işi çıxdı,məndən xahiş etdi ki,səni məktəbdən götürüb evimizə aparım… Süsənlə bərabər dincəlib istirahət edərsən..Axşam da dərslərinizi bir yerdə hazırlayarsız.. Mən də sizə kömək edərəm”-deyib gülümsəməyə çalışdı..Gülnar Süsəngilə getməyə həvəslənsə də,körpə ürəyində narahatçılıq baş qaldırdı..Heç nə deməyib könülsüz halda təzədən Süsənin əlindən yapışdı..Elə bil bu əl indi ona həmişəkindən daha çox lazım idi…
Mayisə qızlara yemək, çay verdi.Süsənin otağında hər ikisi üçün yer saldı:.
-Hə,gəlin heç olmasa bir saat yatın.Başınız dincəlsin.Axşam dərs hazırlayacağıq axı…
Süsən yatağına tullandı:
-Yataq.Gülnar.Sabaha ev tapşırıqlarımız çoxdur!Dincələk.
Gülnar bir söz demədi.Üzündə həm narahat ,həm də narazı ifadə vardı. Anası bele şey etməzdi axı…
Düşüncələr içində gözlərini yumdu..
Mayisə mətbəxdə qab yumaqla məşğul olsa da,ürəyi Gülsümün yanında idi…Başında qat-qarışıq fikirlər dolanırdı…Ürəyi səksəkədə idi…Nəsə pis bir xəbər eşidəcəyindən qorxurdu…Tərs kimi həyəcanından hansı xəstəxanaya götürüldüyünü də soruşmamışdı..Neyləsin?Necə xəbər tutsun?…..
Şam yeməyini hazırlayıb otağa keçdi.Süsənin otağındakı sakitllikdən anladı ki,qızlar hələ yatırlar..Amma yanılırdı…Özünü Süsənə yatmış kimi göstərsə də,Gülnar oyaq idi…Balaca ürəyi rahatlıq tapmırdı…Gözlərini bir nöqtəyə dikmişdi…
Mayisə qapının zənginə düşüncələrdən ayıldı.Yoldaşı Nazim idi.İşdən yorğun gəlmişdi.Mayisə ona təmiz məhrəba verib süfrə hazırlamağa başladı.Əl-üzünü yuyub otağa keçən Nazim ucadan:
-Bəs mənim dovşanım hanı?-deməyini gördü ki,Mayisə özünü yetirdi
-Bir az yavaş,ay Nazim,qızlar yatırlar.
Nazim:
-Qızlar?Mən bilən mənim bir qızım var axı..-deyib gözlərini qıydı.
Mayisə izahata keçdi:
-Gülnar bizdədir.Yəqin ki,gecəni də bizdə qalacaq… 
Nazim hələ ki heç nə başa düşmürdü.Mayisə uzatmadı
-Gülsüm, GÜlnarın anası üçüncü uşağa hamilə idi..Axşamdan özünü narahat hiss edib,heç kimə heç nə deməyib..Səhər uşaqları məktəbə ötürüb,yoldaşını yola salıb.Qəfildən halı pisləşib birtəhər özünü qonşuya çatdırıb.Qonşu sağ olsun,cəld təcili yardıma zəng vurub.Həkimlər gələnə qədər vəziyyət lap ağırlaşıb….Deyilənə görə uşaq ana bətnində nə vaxtdır ki,ölüb…İndi yazığın bədənində zəhərlənmə gedir…Həkimlər təşviş içində ,ləngimədən onu xəstəxanaya apardılar…Qonşu uşağı da yoldaşına xəbər vermək üçün iş yerinə yollandı…Vəziyyəit çox pisdi,Nazim….Gülsüm ölə bilər…Əlimiz göydə Allaha yalvarırıq..Yaziqlar bu nə ışdi düşdülər?…Elşən üzbəüz qonşudadı,Gülnarı da mən götürüb gəldim…Allah eləyəydi,peşimaçılıq olmayaydı.Yazıqdilar….
Nazim qulaq asır, nə deyəcəyini bilmirdi…Boğazı qurumuşdu. Donuq nəzərlərlə Mayisənin üzünə baxırdı…Birdən Mayisə hənir hiss edib arxaya çevrildi…Gülnar Süsənin otağından çixib qapının ağzında dinməzcə durmuşdu…Rəngi kağız kimi ağappaq idi….Gözlərindən axan damlalar yanaqlarından süzülüb sinəsinə düşürdü……

Ardı var

Govher  Rustamova
www.kafiye.net