QADIN SİRLİ DÜNYADIR..

5-Cİ HİSSƏ.

Xəyalları onu haralara aparmışdı…Özündən üç yaş böyük qardaşı üçün qız qapısına getmək,şirin çay içib xeyir-dua vermək,xonçalar tutub nişan aparmaq,toy tədarükü..və…və…bir gün bibi olacağı xəbəri….İlahi!..Yəni bunlar gercəkdə baş verəcəkdimi?..Aman Allah! hər şey xəyallardakı kimi düz və hamar olsaydı… İçinə sevinc dolu bir narahatçılıq çökdü…Gözləri yol çəkdi… Yaşadıqları bir anda kino lenti kimi fikrində canlandı….

Bakıda yaşayırdılar.Sadə,zəhmətkeş bir ailədə…Anası Gülsüm evdar qadın idi.Səhərdən-axşama qədər ev işləri ilə məşğul olur,ailənin rahat yaşayışı üçün əlindən gələni əsirgəmirdi… Mehriban,şirindil,xoşxasiyyət insan idi.Atası Qadir fəhləliklə də olsa,onları yaxşı saxlayırdı..Ailə üçüncü övladı gözləyirdi….

Gülnar Süsənlə bir sinifdə oxuyurdu.Yoldaşlarının hamısı ilə mehriban idi,amma Süsəni daha çox istəyirdi.Azyaşlı olsalar da,aralarında bacı münasibəti yaranmışdı.Eyni binada yaşadıqlarına görə bir-birinin evinə rahat gedib-gəlirdilər.Analar da bu dostluqdan məmnun idilər.Çox vaxt uşaqları dərsdən Gülsüm götürürdü.Evə çatanda mehribanlıqla Süsənin üzündən öpər,sağollaşıb Gülnarla bərabər öz mənzillərinə yollanardı…..

Sonuncu dərsin bitməsinə bir neçə dəqiqə qalmışdı.Gülnar müəlllimin üzü lövhəyə ev tapşırığını izah etməsindən istifadə edib pəncərədən boylandı.Anasının hər gün dayandığı yerə baxdı.Amma onu görmədi.Bir də boylandı.Bunu hiss edən müəllim”Gülnar,ev tapşırığını qeyd et!”dedi…Zəng vurulan kimi uşaqlar məktəbin həyətinə tökülüşdülər.Hərə öz anasına tərəf yüyürdü..Bu dəfə onları götürməyə Süsənin anası gəlmişdi.Uşaqlar ona tərəf qaçanda ana birinci Gülnarı qucaqladı..Üzündən-gözündən öpüb bağrına basdı..Elə bil,qizcığazı özündən aralamağa ürəyi gəlmirdi…Süsənin qısqanc nəzərlərini hiss edib,onun da yanaqlarından öpdü..Yol boyu qızlar atılıb -düşür,danışıb -gülür,zarafatlaşırdılar…Süsənin anası Mayisə isə başqa aləmdə idi…Qara fikirlər onu rahat buraxmırdı”İlahi,görəsən necə olacaq?…Sabaha ümıd varmı?..Nə olar.ya Rəbbim!Gülsümün cavan canına,körpələrinə rəhm elə…Bu tifillər onsuz necə olarlar?….Ay Allah!Özün kömək ol!”…Qızlar isə hər şeydən bixəbər,tullanıb-düşür,gülüşürdülər…Binanın qarşısına çatar-çatmaz Gülnar Süsənin əlini buraxıb.məzillərinə tərəf qaçmaq istəyəndə, Mayisə ona astadan “Dayan,qızım ,bu gün bizə gedəcəksən..”dedi..  Mayisənin səsinin tirtəyişindən,üzünün kədərli ifadəsindən bir şey anlamayan Gülnar şıltaqlıqla”Yooox,evimizə gedəcəm, anam mənə sevimli piroqumu bişirəcəyini söz verib…kişmişli…”dedi….Və….Mayisənin gözlərində giələnən yaşı görüb duruxdu….

Ardı var.

Govher Rustamova
www.kafiye.net