ILK MEHEBBET

Ömrümə ömür ver deyəndə mənə,
Özüm de bilmədim nə alemdeyem ,
Qəlbimi oxşadın məhəbbətinlə,
Bilmədim yerdəyəm, yoxsa göydəyəm.

Qədəmi xoş idi, ilk məhəbbətin,
Onu ürkütməyə əlim gəlmədi,
Ürəyim uçundu, əlim titrədi,
Sevmirəm deməyə dilim gəlmədi.

İlk dəfə sehirli bir nağıldaydım,
Dəryalar qoynunda sanki üzürdüm,
Elə bil yuxum da ərşə çəkilmiş,
Özüm öz halıma baxıb, üzüldüm.

Əsiri olmuşam ilk məhəbbətin,
Bu necə həyatdır, anlata bilsəm,
İçərəm bu yolda ölüm şərbətin,
O ilk məhəbbəti yaşada bilsəm.

Seadet Rzayeva
www.kafiye.net