Allah’ın Qezebi

Allahın qəzəbi tutubdur yenə
Ələyir göylərdən od üstümüzə.
Kəc baxır yaradıb yaşatdığına,
Görəsən gəlməyən nədir xoşuna.?

İmtahan eləyib çəkir sınağa.
Görəsən biz harda batdıq günaha.
İndi də düşmüşük ağır qınağa.
Od yağır göylərdən od tökür Allah.

Qarsır üzümüzü günün istisi
Nəfəslər təngiyir çatışmır hava.
Bir azca rəhm elə yazığın gəlsin.
Ahıla qocaya körpə uşağa.

Gör neçə əl qalxıb imdad istəyir.
Diz çöküb önündə pənah diləyir.
Adını çəkərək əzizləyərək
Allahım bir səndən kömək istəyir.

Sənsən bu dünyanın şahı ağası.
Yaranan xaliqin bircə xudası.
Bir azca rəhm elə yazığın gəlsin
Əyilən başların tək qibləgahı.

Nahidə Tağıyeva  / 09.08.2017
www.kafiye.net